FİFA prezidentliyinə namizədlər rəsmiləşdi
FİFA qurumun prezident seçkisində yeddi namizədin seçilmək hüququna malik olduğunu rəsmən elan edib.

Bunlar 90 günlük vəzifəsindən kənarlaşdırılan UEFA prezidenti Mişel Platini, UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Liberiya Futbol Federasiyasının prezidenti Musa Biliti, FİFA sabiq baş katibi Jerom Şampan, Cənubi afrıkalı iş adamı Tokyo Sexvale və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifədir.

Qeyd edək ki, FİFA-da prezident seçkiləri gələn il fevralın 26-ı keçiriləcək.

Xəbər 688 dəfə oxundu.