Gəncə bu il Kəpəz - Qəbələ matçını görməyə bilər
Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qəbələ" matçı Gəncədə baş tutmaya bilər. Gəncədəki stadion kəskin hava şəraiti səbəbindən bu oyunu qəbul etməyə hazır deyil.

Bu üzdən də böyük ehtimalla "Kəpəz" "Qəbələ" ilə ikinci dövrədə də Qəbələdə qarşılaşmalı olacaq.

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçının oktyabrın 31-də keçirilməsi nəzərdə tutulub.

Xəbər 712 dəfə oxundu.