“Azərreyl” - “Alyants Ştutqart” voleybol oyunu başlayıb
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol klubu Çempionlar Liqası yarışlarında ilk oyununa çıxıb.

Təmsilçimiz Azərbaycan Voleybol Mərkəzində Almaniyanın “Alyants Ştutqart” komandasını qəbul edir.

Oyunu polşalı hakim Katarjina Sokol və estoniyalı Tumas Murulo idarə edirlər.

Çempionlar Liqası yarışlarının “A” qrupunda “Lokomotiv”, “Azərreyl” (hər ikisi Azərbaycan), “Dinamo Kazan” (Rusiya) və Almaniyanın “Alyants Ştutqart” komandaları mübarizə aparır. Qrupun digər oyunu isə Rusiyada keçiriləcək.

Xəbər 838 dəfə oxundu.