Məhəmməd Əlinin məşqçisi 90 yaşında vəfat etdi
Əfsanəvi boksçu Məhəmməd Əlinin məşqçisi Anjelo Dandi vəfat edib. İdman.com.az saytının məlumatına görə, təcrübəli mütəxəssis dünən səhər saatlarında ABŞ-ın Florida ştatının Tampe şəhərində 90 yaşında dünyasını dəyişib.

Məşhur çalışdırıcı sonadək dostlarının əhatəsində olub. O, yaxınlarda yetirməsi Məhəmməd Əlinin 70 illik yubileyində də iştirak edib. Dandinin adı Boks Şöhrət Zalına salınıb.

Xəbər 1089 dəfə oxundu.