Azərbaycan yoxlama oyunu üçün iki komanda ilə danışıq aparır
Noyabrın 12-dən 25-dək futzal üzrə Azərbaycan yığmasının Bakıda təlim-məşq toplanışı keçiriləcək. Millimiz dekabrda baş tutacaq seçmə mərhələ oyunları öncəsi ciddi hazırlıq keçməyi planlaşdırır.

Hazırlıq çərçivəsində komandamızın iki yoxlama oyununda qüvvəsini sınaması da gözlənilir. Hazırda iki komanda ilə bununla bağlı danışıqlar davam etdirilir. Bu üzdən də millimizin hansı rəqiblərə qarşı oynayacağı dəqiq bilinmir.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını Xorvatiya, Belarus və İsveçlə oyunlar gözləyir. Həmin görüşlər dekabr ayında Xorvatiyada keçiriləcək.

Xəbər 649 dəfə oxundu.