“Azəryol” voleybol klubu Rumıniyada ilk sınağına çıxacaq
Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında oktyabrın 28-də ilk oyununu keçirəcək.

Yarışa onaltıdabir final mərhələsindən qoşulacaq təmsilçimiz Rumıniyada yerli “Tarqovitse” komandası ilə qarşılaşacaq.

Oyunu bolqarıstanlı hakim Borislav İordanov və kiprli Teadora Kiriopulu idarə edəcək.

Komandalar arasında cavab oyunu noyabrın 4-də Bakıda təşkil olunacaq.

Xəbər 666 dəfə oxundu.