Türkiyə - Azərbaycan oyununun vaxtı müəyyənləşdi
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin V qrupunun təqvimi açıqlanıb. Bakıda keçiriləcək qrupun matçları noyabrın 10-da başlayacaq.

Azərbaycan həmin gün Ukrayna, 2 gün sonra Türkiyə ilə qarşılaşacaq. Komandamızın son turdakı rəqibi isə Bosniya və Herseqovina olacaq.

Qeyd edək ki, qrupun oyunlarından 5-i Bayıl stadionunda, biri “Dalğa Arena”da baş tutacaq.

AVRO-2016-nın seçmə mərhələsi
V qrup
10 noyabr

14:00. Türkiyə - Bosniya və Herseqovina
Bayıl stadionu
18:00. Ukrayna – Azərbaycan
Bayıl stadionu

12 noyabr
14:00. Bosniya və Herseqovina - Ukrayna
Bayıl stadionu
18:00. Türkiyə - Azərbaycan
Bayıl stadionu

15 noyabr
18:00. Ukrayna – Türkiyə
“Dalğa Arena”
18:00. Azərbaycan - Bosniya və Herseqovina
Bayıl stadionu

Xəbər 753 dəfə oxundu.