Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək | |
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək. X turun oyunlarından ilk 3-dən 2-si bölgələrdə baş tutacaq. Ötən turu qələbə ilə başa vurmuş Sumqayıt" və AZAL komandaları səfər matçlarına çıxacaqlar. "Gənclik şəhəri" təmsilçisi "Xəzər Lənkəran"ın, "təyyarəçilər" isə "Qəbələ"nin qonağı olacaq. Daha bir oyun isə mövsümün debütantları "Zirə" və "Kəpəz" arasında baş tutacaq. Bu qarşılaşmaların ardından "Neftçi" və "Qarabağ" səhnəyə çıxacaq. Flaqman "İnter"i, Ağdam komandası isə autsayder "Rəvan"ı qəbul edəcək. 28 oktyabr (çərşənbə) 17:00. "Xəzər Lənkəran” – "Sumqayıt” Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Mahir Məmmədov AFFA nümayəndəsi: Şaiq Həmidov Hakim-inspektor: Füzuli Nəcəfov "Xəzər Lənkəran” mərkəzi stadionu Əvvəlki qarşılaşmalar: 15 oyun, +7=5-3, top fərqi 24-17 “Sumqayıt” son 6 matçda meydanı qolsuz tərk etməyib. Son 3 qarşılaşmada meydan sahibi olan komanda uduzmayıb. 17:00. "Qəbələ” – AZAL (Bakı) Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Vaqif Musayev, Xəlil Xəlilov AFFA nümayəndəsi: Abbas Hüseynov Hakim-inspektor: Xaqani Məmmədov Qəbələ şəhər stadionu Əvvəlki qarşılaşmalar: 23 oyun, +7=7-9, top fərqi 25-32 “Qəbələ” ardıcıl 2 quru hesablı qələbə qazanıb. Son 7 oyunda meydan sahibi olan tərəf qalib gəlməyib. AZAL son 3 səfərdə məğlub olmayıb. 17:00. "Zirə” (Bakı) – "Kəpəz” (Gəncə) Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Kamran Bayramov, Nail Nağıyev AFFA nümayəndəsi: Vaqif Davudov Hakim-inspektor: Gülağa Cabarov Zirə İdman Kompleksinin stadionu Əvvəlki qarşılaşmalar: 1 oyun, +0=1-0, top fərqi 1-1 Komandalar arasında yeganə oyun cari mövsüm baş tutub. Həmin matçda hərəyə 1 qol vuran rəqiblər 1 xalla kifayətlənib. Rəqiblər ilk dəfə Bakıda üz-üzə gələcək. 19:00. "Neftçi” (Bakı) – "İnter” (Bakı) Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Rza Məmmədov, Ramil Əhmədov AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Əhmədağa Cabbarov "Bakcell Arena” Əvvəlki qarşılaşmalar: 44 oyun, +19=13-12, top fərqi 61-45 “İnter” ardıcıl 4 qələbə qazanıb. Son 3 qarşılaşmada qol vurmayan “Neftçi” 8 oyundur paytaxt derbisində qalib gələ bilmir. 19:00. "Qarabağ” (Ağdam) – "Rəvan” (Bakı) Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov AFFA nümayəndəsi: Sakin Məmmədzadə Hakim-inspektor: Vüsal Əliyev Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu Əvvəlki qarşılaşmalar: 9 oyun, +5=4-0, top fərqi 16-6 “Qarabağ” son 3 oyunda qələbə qazanıb. “Rəvan” əvvəlki 9 qarşılaşmada qalib gələ bilməyib. Paytaxt təmsilçisi 4 səfər oyununda cəmi 1 qol vurub. |
|
Xəbər 732 dəfə oxundu. |
|
|