Daha bir futbolçumuz Almaniya kuboku ilə vidalaşdı
Almaniya Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrun Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.

İlk mərhələdə "Rot Vays Essen"i penaltilərlə (0:0, penaltilər 3:1) keçən düsseldorflular bu dəfə də səfərdə "Nürnberq"lə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 1:5 hesablı məğlubiyyəti ilə nəticələnib. Bu üzdən də Düsseldorf klubu kubokda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, Toğrul Eratın adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Xəbər 666 dəfə oxundu.