İkiqat paralimpiya çempionu İlham Zəkiyev Abu-Dabidə nümunəvi çıxışlar edib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən gənc cüdoçuların dünya birinciliyində Azərbaycan yığma komandası da iştirak edir.

“Neftçi” idman klubunun üzvü, ikiqat paralimpiya çempionu, ikiqat dünya və beşqat Avropa çempionu İlham Zəkiyev gənclərin dünya birinciliyində paralimpiya cüdosunun təqdimatı ilə əlaqədar Beynəlxalq Cüdo Federasiyası tərəfindən Abu-Dabiyə dəvət olunub. İ.Zəkiyev digər təmsilçimiz, paralimpiyaçı cüdoçulardan ibarət milli komandanın üzvü Kənan Abdulxanlı ilə birlikdə nümunəvi çıxışlar ediblər.

Yarışın keçirildiyi idman sarayında respublikamızın fəxri, dünya paracüdosunun ulduz idmançısı İlham Zəkiyevin erməni snayperi tərəfindən vurularaq görmə qabiliyyətini itirməsi iştirakçıların diqqətinə çatdırılıb.

Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.

Xəbər 803 dəfə oxundu.