“Telekom” – “İmpel” voleybol oyununun hakimləri müəyyənləşib
Bakının qadınlardan ibarət “Telekom” voleybol klubu Çempionlar Liqası yarışlarında ilk oyununu oktyabrın 29-da doğma meydanda keçirəcək.

“Sərhədçi” Olimpiya İdman Kompleksində “Telekom”un Polşanın “İmpel” komandası ilə qarşılaşacağı oyunu idarə edəcək hakimlər müəyyənləşib. Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən qarşılaşmaya ukraynalı Viktor Kozlovskiy və israilli Roy Qoren təyinat alıblar.

Çempionlar Liqası yarışlarının “E” qrupunda “Telekom” və “İmpel” komandaları ilə yanaşı, “Fənərbaxça” (Türkiyə) və “Drezdner” (Almaniya) kollektivləri də mübarizə aparacaq.

Xəbər 667 dəfə oxundu.