Azərbaycan atleti Beynəlxalq Triatlon Federasiyasının reytinq cədvəlində mövqeyini qoruyub
Beynəlxalq Triatlon Federasiyası idmançıların yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində mövqeyini qoruyub. İdmançımız 2497,32 xalla 23-cü pillədə qərarlaşıb.

Reytinq cədvəlinə ispaniyalı Xavyer Qomes liderlik edir.

Xəbər 753 dəfə oxundu.