“Bakı” üçün “Rieka” səddi
Qadın voleybolçulardan ibarət “Bakı” klubu bu gün “Çelenc Cup”ın 1/8 final mərhələsində ilk matçına çıxacaq. İdman.com.az saytının məlumatına görə, Ancelo Vercesinin rəhbərlik etdiyi komanda Xorvatiyanın “Rieka”sı ilə görüşəcək.

Mütəxəssislər Bakı İdman Sarayında keçiriləcək oyunda üstün tərəf kimi, meydan sahiblərini görürlər.
Qeyd edək ki, “Bakı” I təsnifat mərhələsində “Famaqusta” (Kipr), daha sonra “Evre” (Fransa), 1/16 finalda isə “Apollon” klublarını məğlub edib.

19:30. “Bakı” (Azərbaycan) – “Rieka” (Xorvatiya)
Hakimlər: Tomas Yanik (Polşa), Andrey Kovalçuk (Ukrayna)
Bakı İdman Sarayı

Xəbər 936 dəfə oxundu.