Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin erməni snayper tərəfindən vurulduğunu elan edib
İkiqat paralimpiya və dünya və beşqat Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordenli, "Tərəqqi" medal sahibi, Heydər Əliyev Fondunun təsis etdiyi beynəlxalq "Qızıl çinar" mükafatının laureatı İlham Zəkiyev gənclərin dünya birinciliyində paralimpiya cüdosunun təqdimatı münasibətilə Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabiyə dəvət olunub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətində "Report"a verilən məlumata görə, İ.Zəkiyev və Azərbaycanın digər təmsilçisi, paralimpiyaçı cüdoçularından ibarət milli komandanın üzvü Kənan Abdulxanlı ilə birlikdə nümunəvi çıxışlar ediblər.

Yarışın keçirildiyi idman sarayında idmançı İ.Zəkiyevin erməni snayperi tərəfindən vurularaq görmə qabiliyyətini itirməsi elan olunub.

Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.

Xəbər 874 dəfə oxundu.