PFL rəhbəri arxayın danışdı
“Unibank Premyer Liqasının oyunlarında azarkeşlər arasında qarşıdurmanın baş verməməsi üçün lazımi təhlükəsizlik tədbirləri görülür”. İdman.com.az saytının məlumatına görə, bu barədə Trend-ə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. PFL rəhbəri bildirib ki, Azərbaycanda təhlükəsizlik məsələsi yüksək səviyyədədir:

"Misir stadionunda baş verən hadisə Azərbaycanda təkrarlana bilməz. Çempionatın oyunlarında gərginlik öncədən bilinir və təhlükəsizlik polislər tərəfindən qorunur, ehtiyac olarsa, Daxili Qoşunların əsgərləri cəlb olunur".
Qeyd edək ki, dünən Misir çempionatında keçirilən "Əl Məsri" - "Əl Əhli" matçı faciə ilə başa çatıb. Görüşdən sonra azarkeşlərin meydançaya daxil olması nəticəsində yaranan qarşıdurmada 74 nəfər ölüb, 1000-dən artıq insan isə yaralanıb.

Xəbər 991 dəfə oxundu.