Hafiz Məmmədovun sahibi olduğu “Lans” yenə 1 xal qazandı
Fransanın ikinci liqasında 12-ci turun oyunları keçirilib.H, “Odlar Yurdu Azərbaycan” (Land of fire Azerbaijan) reklamı ilə çıxış edən “Lans” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Klermon”la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Xatırladaq ki, Hafiz Məmmədovun sahibi olduğu “Lans” hazırda 12 xalla 20 klub arasında 16-cı pillədə qərarlaşıb.

Xəbər 647 dəfə oxundu.