"Xəzər-Lənkəran" rəhbərliyi futbolçularla görüşəcək
Bu gün "Xəzər Lənkəran"da "Sumqayıt"la matç öncəsi klub rəhbərliyi komanda ilə görüşəcək.

İclasda əsas müzakirə mövzularından biri komandada son vaxtlar yaşanan maliyyə problemləridir. Məhz bu iclasda maaşların veriləcəyi konkret tarixin açıqlanacağı gözlənilir. Maliyyə məsələləri ilə yanaşı, komandanın son oyunlardakı qazandığı nəticələr və qarşıdakı oyunlarda hədəflər də müzakirə ediləcək.

Xəbər 633 dəfə oxundu.