"Şəmkir"də istirahət başa çatdı
I Divizionda "Şəmkir" "Mil-Muğan"la oyundan sonra 2 günlük istirahətə buraxılmışdı.

Şəmkir təmsilçisində bu gün istirahət başa çatıb. Komanda 7-ci turda qarşılaşacaqları "Göyəzən"lə oyunun hazırlıqlarına start verib. Komandanın heyətində Sərxan Ağayev və İlham Abdullayev zədəli olduqları üçün fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, "Göyəzən" - "Şəmkir" matçı 29 oktyabr saat 14:00-da baş tutacaq.

Xəbər 694 dəfə oxundu.