Gənc güləşçilərimiz İranda beynəlxalq turnirdə mübarizə aparacaqlar
Oktyabrın 29-30-da Tehranda keçiriləcək sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında “Şəhidlər kuboku” beynəlxalq turnirində Azərbaycan yığma komandası da mübarizə aparacaq.

Komanda xarakterli turnirin yunan-Roma güləşi yarışlarında 9 idmançımız mübarizə aparacaq. Məşqçilər Zöhrab Abbasov və İslam Cəfərovun rəhbərliyi ilə qonşu ölkəyə Elsevər Əliyev (55 kq), Təbriz Yusifzadə (60 kq), Kərim Cəfərov, Orxan Eyvazov (66 kq), Ruhin Mikayılov, Şəmistan Quluzadə (74 kq), Elməddin Ramazanov (84 kq), Kamran Bədəlov (96 kq) və Zamir Məhəmmədov (120 kq) yollanacaqlar.

Sərbəst güləş yarışlarında isə Azərbaycan 7 idmançı ilə təmsil olunacaq. Məşqçi Siracuddin Eldarovun rəhbərliyi ilə heyətə Şəhriyar Salmanov (50 kq), Ruslan Surxayev (55 kq), Əmrah İlyaslı (60 kq), Ənvərbəy Dalqatov (66 kq), Qahir Şikarov (74 kq), Axra Cengeniya (84 kq) və Elçin Məmmədov (96 kq) daxil edilib.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vüqar Şükürov və Kamran Əliyev təmsil edəcəklər.

Xəbər 624 dəfə oxundu.