Stolüstü tennis üzrə oktyabr ayının reytinq cədvəli açıqlanıb
Kişilər arasında stolüstü tennis üzrə oktyabr ayı üzrə idmançıların reytinq cədvəli açıqlanıb.

Son bir neçə ayda olduğu kimi kişilər arasında reytinq cədvəlində hər hansı dəyişiklik baş verməyib. Çinli Ma Lun reytinq cədvəlində liderliyi qoruyub. Sonrakı yerlərdə isə çinli idmançılar Süy Sin, Fen Jendonq, Çjan Tzike və almaniyalı Dmitri Ovtçarov qərarlaşıblar. Tanınmış tennisçi Vladimir Samsonov 10 ən güclü oyunçular siyahısına düşə bilməyib.

Qadınların reytinqində əsaslı irəliləyişə yaponiyalı Ai Fukuxara nail olub. O, iki pillə irəliləyərək Çin təmsilçiləri Din Nin, Lyu Siven və Çju Yulindən sonra dördüncü sıraya yüksəlib.

Xəbər 689 dəfə oxundu.