Rişat Gilyazutdinov: Azərbaycanın voleybol klubları ilə görüşlər asan olmayacaq
İlk rəqibimiz Bakının “Lokomotiv” klubu olacaq. Bakı təmsilçisi artıq ikinci dəfədir Çempionlar Liqası yarışlarında mübarizə aparır.

Bu sözləri Avropa Voleybol Konfederasiyasının (CEV) saytına müsahibəsində Kazanın “Dinamo” voleybol klubunun baş məşqçisi Rişat Gilyazutdinov deyib.

Baş məşqçi bildirib ki, “Lokomotiv”dən əlavə qrupda Azərbaycanın digər klubu – “Azərreyl”də yer alıb. Hər iki komandada dünyanın ən güclü voleybolçuları çıxış edirlər. “Lokomotiv”in heyətində yer alan 12 voleybolçudan 4-ü Azərbaycan idmançısıdır. Digərləri isə qərb yarımkürəsinin təcrübəli voleybolçularıdır. Bu baxımdan Azərbaycan klubları ilə görüşlər asan olmayacaq. Görüşlərin gərgin idman mübarizəsi şəraitində keçəcəyini indidən söyləmək olar.

Çempionlar Liqası yarışlarının “A” qrupunda “Lokomotiv”, “Azərreyl”, “Dinamo” və Almaniyanın “Alyants Ştutqart” komandaları mübarizə aparacaq.

Xəbər 824 dəfə oxundu.