​"Qarabağ" klubunun qapıçısı Bosniya və Herseqovina millisinə dəvət alıb
"Qarabağ" klubunun qapıçısı İbrahim Şehiç futbol üzrə Bosniya və Hersoqovina millisinə çağırılıb. 2016-cı il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyən bosniyalılar "pley-off" mərhələsində İrlandiya ilə qarşılaşacaq.

İlk oyun noyabrın 13-də Bosniyada, cavab qarşılaşması isə üç gün sonra İrlandiyada baş tutacaq.

Xəbər 654 dəfə oxundu.