Sumqayıt 150 gündən sonra qalib gəldi
Topaz Premyer Liqasının 1-ci dövrəsinin “Sumqayıt”la “Qarabağ” arasında son oyunu (1:0) iki ilklə əlamətdar olub. 9-cu turda “Sumqayıt” mövsümdəki ilk qələbəsini qazanıbsa, “Qarabağ” 1-ci dəfə uduzub.

Ötən mövsümün mayın 28-də keçirilən son turunda “İnter”i 3:1 hesabı ilə məğlub edən “Sumqayıt” 8 oyunluq qələbə həsrətinə 150 gündən sonra son qoyub. 35-ci turun “İnter”lə oyununda 1:2 hesabı ilə uduzduqdan sonra cari mövsümün 8 qarşılaşmasında uduzmayan “Qarabağ” mayın 22-dəki yenilgidən 156 gün sonra məğlub olub.

Xatırladaq ki, bu matçdan sonra çempionatda uduzmayan komanda qalmayıb. Qələbəsi olmayan yeganə komanda isə “Rəvan”dır.

Xəbər 692 dəfə oxundu.