Bakı Olimpiya Stadionunda keçiriləcək növbəti futbol matçı müəyyənləşib
Azərbaycan və Moldovanın futbol üzrə milli komandaları arasında yoldaşlıq görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək.

Onun sözlərinə görə, noyabrın 17-də təşkil olunacaq qarşılaşmanın başlama saatı hələ müəyyənləşməyib.

Qeyd edək ki, bu, Bakı Olimpiya Stadionunda keçiriləcək ikinci futbol matçı olacaq. 69 min tamaşaçı tutumuna malik arenada ilk qarşılaşma oktyabrın 10-da Azərbaycan və İtaliya milliləri arasında AVRO-2016-nın seçmə qrup matçına təsadüf edib. Həmin görüşdə qonaqlar qalib gəlib - 3:1.

"Report"

Xəbər 672 dəfə oxundu.