Azərbaycan millisinin yarımmüdafiəçisi “Barselona” ilə oyunda meydana çıxıb
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi, İspaniyanın “Eybar” klubunda çıxış edən Eddi İsrafilov “Barselona” ilə oyunda meydana çıxıb.

La Liqanın doqquzuncu turu çərçivəsində keçirilən oyunda millimizin üzvü 45 dəqiqə meydanda olub. Görüş “Barselona” komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda “Eybar” 13 xalla turnir cədvəlində yeddinci pillədədir.

Xəbər 652 dəfə oxundu.