Çempionatın ilk turunda 9 şahmatçımız qələbə qazanıb
Yunanıstanın Porto Karras şəhərində yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə dünya çempionatı başlanıb.

Azərbaycanı 15 şahmatçı təmsil edir. Onların arasında FIDE ustaları Ayten Əmrayeva, Xanım Balacayeva, ustalığa namizədlər Rüstəm Bünyadov, Kənan Qarayev, Maqomed Muradlı, Əhməd Əhmədzadə, Aydın Süleymanlı, Nərmin Kərimzadə, Gövhər Beydullayeva və başqaları var.

Çempionatın ilk turunda 9 şahmatçımız qələbə qazanıb.

İsveçrə sistemi üzrə 11 turda keçiriləm çempionat noyabrın 6-dək davam edəcək.

Xəbər 675 dəfə oxundu.