​Türkiyə derbisindən sonra stadionda dava düşüb
Futbol üzrə Türkiyə Super Liqasının IX turunda keçirilən "Fənərbağça" - "Qalatasaray" matçından sonra dava düşüb. Hadisə qonaq komandanın qapısı arxasında olan tribunada baş verib.

1:1 hesabı ilə başa çatmış oyunun sonunda azarkeşlər tribunada əlbəyaxa çıxıblar. Eyni zamanda, meydançaya kənar əşyalar atlıb. İnsident zamanı bəzi azarkeşlər yüngül xəsarətlər alıb.

Polisin hadisəyə müdaxiləsindən sonra ara sakitləşib.

Qeyd edək ki, IX turdan sonra "Qalatasaray" və "Fənərbağça" 18 xalla müvafiq olaraq turnir cədvəlinin 2 və 3-cü pillələrini bölüşürlər.

Xəbər 650 dəfə oxundu.