Gənc güləşçilər İranda "Şəhidlər Kuboku" uğrunda yarışacaq
29-30 oktyabr 2015-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehranda sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında "Şəhidlər Kuboku" (Martyrs Cup) uğrunda beynəlxalq turnir keçiriləcək.

Komanda xarakterli yarış olan turnirdə gənclərdən ibarət ölkə yığma komandasının bəzi üzvləri iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yarışlarda 9 güləşçimiz mübarizə aparacaq. Məşqçilər Zöhrab Abbasov və İslam Cəfərovun rəhbərliyi altında qonşu ölkəyə Elsevər Əliyev (55 kq), Təbriz Yusifzadə (60 kq), Kərim Cəfərov, Orxan Eyvazov (hər ikisi 66 kq), Ruhin Mikayılov, Şəmistan Quluzadə (hər ikisi 74 kq), Elməddin Ramazanov (84 kq), Kamran Bədəlov (96 kq) və Zamir Məhəmmədov (120 kq) yollanacaq.

Sərbəst güləş yarışlarında isə, yığmamız 7 idmançı ilə təmsil olunacaq. Məşqçi Siracuddin Eldarovun rəhbərliyi altında heyətə Şəhriyar Salmanov (50 kq), Ruslan Surxayev (55 kq), Əmrah İlyaslı (60 kq), Ənvərbəy Dalqatov (66 kq), Qahir Şikarov (74 kq), Axra Cengeniya (84 kq) və Elçin Məmmədov (96 kq) daxil edilib.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vüqar Şükürov və Kamran Əliyev təmsil edəcək.

Xəbər 730 dəfə oxundu.