“Qarabağ” 2 pillə də gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların son 1 il üçün reytinqini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, 405 komandanın yer aldığı reytinqdə ölkəmizin yeganə təmsilçisi “Qarabağ” 2 pillə geriləyib.

Ağdam komandası 69,5 xalla 314-cü pilləni Moskva “Dinamo”su və Çex Respublikasının “Mlada Boleslav” komandaları ilə bölüşdürür. Bunadək 312-ci yeri də eyni kollektivlərlə bölən “Qarabağ” hazırda İtaliyanın “Parma”, Fransanın “Oser”, İspaniyanın “Xetafe” kimi klublarını da qabaqlayır.

Reytinqə dünyanın ən güclü komandası olan İspaniyanın “Barselona” klubu 359 xalla başçılıq edir. Onun əzəli rəqibi olan Madrid “Real”ı 302 xalla 2-dir. İlk üçlüyü Argentinanın “Veles Sarsfild” klubu 271 xalla qapayır.

Xəbər 1082 dəfə oxundu.