Biliçdən tarixi uğur
İngiltərə Premyer Liqasında mübarizə aparan “Uest-Hem” klubu bu mövsüm kluba gətirilən xorvatiyalı mütəxəssis Slaven Biliçlə uğurlu çıxışına davam edir.

Salven Biliçin komandası Premyer Liqada “Arsenal”ı, “Mançester Siti”ni, “Liverpul”u və "Çelsi"ni məğlub edərək, diqqətləri öz üzərinə çəkə bilib.

London təmsilçisi Premyer Liqada 10 tura 20 xal toplayıb və Premyer Liqada ən yaxşı başlanğıcını edib. “Uest-Hem”in bundan əvvəl Premyer Liqadakı ən yaxşı startı 1985-86 mövsümünə təsadüf edirdi.

Qeyd edək ki, “Uest Hem” Premyer Liqada 10 turdan sonra 20 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.

Xəbər 610 dəfə oxundu.