"Monako" səfərdə qalib gəldi
Fransa çempionatında 11-ci turun oyunları keçirilir.

Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qarabağ"la eyni qrupda mübarizə aparan "Monako" bu gün növbəti matçına çıxıb. "Knyazlıq" klubu səfərdə "Reyms"lə qarşılaşıb. "Monako" 11-ci dəqiqədə Bernardo Silvanın vurduğu yeganə qolla matçdan 1 - 0 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, bu qələbə sayəsində xallarını 17-yə çatdıran "Monako" turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib.

Xəbər 605 dəfə oxundu.