"Bavariya"da olduğum üçün xoşbəxtəm"
Almaniya Bundesliqasının 10-cu turunda "Bavariya" doğma meydanında "Köln"ü 4:0 hesabı ilə məğlub edib və tarixinin 1000-ci qələbəsini qazanıb.

Matçdan sonra "Bavariya"nın baş məşqçisi Pep Qvardiola yubiley qələbəni belə şərh edib:

"1000-ci qələbə möhtəşəm oldu. Bu qələbəyə görə hər kəsi - futbolçuları, məşqçiləri, azarkeşləri və klubda çalışanları təbrik edirəm. "Bavariya"nın baş məşqçisi olduğum üçün çox xoşbəxtəm və fəxr edirəm".

Qeyd edək ki, "Bavariya" 10 turdan sonra 30 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər 634 dəfə oxundu.