Samir Abasov: Oyuna görə Qarabağa təşəkkür edirəm
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Sumqayıtlıların çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çətin olacağını bilirdik. “Qarabağ”a qarşı oynamaq çox çətindir. “İnter”lə oyundan sonra demişdim ki, biz rəqibi düşünmürük. Bu sözlərim rəqibi kiçiltmək üçün deyil. Sadəcə, öz çıxışımızı fikirləşirik. İstədiyimiz oyuna doğru 1 addım atdıq. Məncə, “Qarabağ” bizə qarşı həvəssiz oynamadı. “Qarabağ” fəxrimizdir. Oyuna görə onlara da təşəkkür edirəm”.

Xəbər 656 dəfə oxundu.