Joze Alesiu Da Silva: 2 fərqli hissə oldu
“Portuqaliya yığmasına qarşı oynadıq. Ancaq qol imkanlarını reallaşdıra bildik. Rəqib güclüdür və bundan istifadə etdi”. İdman.com.az saytının məlumatına görə, bunu apasport.az-a Azərbaycan futzal yığmasının baş məşqçisi Joze Alesiu Da Silva deyib. Xorvatiyada keçirilən final mərhələsinə Portuqaliya yığmasına 1:4 hesablı məğlubiyyətlə başlayan yığmamızın çalışdırıcının fikrincə, nəticəyə təsir göstərən əsas amil qol imkanlarından yararlanmamağımız oldu: “Rəqib son Avropa çempionatının gümüş mükafatçısıdır. Hamı onun güclü olduğunu bilir. Ancaq Portuqaliya qarşı yaxşı oynadığımızı düşünürəm. Sadəcə, qol imkanlarından istifadə edə bilmədik. Portuqaliya isə bundan yaxşı istifadə etdi”.

Da Silvanın fikrincə, 2 hissə fərqli hissə izləməyiblər: “Deməzdim ki, ilk hissədə fasilədən sonra yaxşı oynadıq. Əsas problemimiz oyunçu azlığıdır. Bu gün 8 nəfərlə oynadıq. Çox oyunçum olanda, daha yaxşı oynaya bilərik. Ancaq az oyunçu olanda, meydandakılarda yorğunluq yaranır. Rəqib isə topla daha yaxşı davrandığından, az oyunçu ilə ona qarşı oynamaq daha çətindir”

Braziliyalı çalışdırıcı qapıçı Andrey Tveryankini buraxılan qollara görə günahlandırmadı. O, liderlərimizdən olan Serjaoya görə üzüldü: “O, qol vurmaq istəyirdi. Ancaq bunu edə bilmədi, topla çox təchiz olunmurdu. Andrey çox yaxşı qapıçıdır. O, yığmaya indiyə çox kömək edib, Artıq 45 yaşı var. 20 gündür çalışır, ona çətindir. Başqa variantımız yoxdur. Bur qolda topa ona, digərində Felipeyə dəyib, qapımızdan keçdi. Deməzdim ki, bu, birbaşa onların səhvlərin idi”.

Xəbər 996 dəfə oxundu.