“Formula-1” ABŞ Qran-prisinin təsnifat yarışları bazar gününə keçirilib
Leysan yağışlar “Formula-1” yarışlarının ABŞ Qran-prisinin proqramında dəyişiklik edilməsinə səbəb olub.

Yağışlı hava səbəbindən Texas ştatının paytaxtı Ostində keçirilən yarışın təsnifat mərhələsi şənbə günü 5 dəfə yarım saatlığına dayandırılıb. Yürüşləri davam etdirmək mümkün olmadığından yarış bazar gününə keçirilib. Hava imkan verərsə, pilotlar trasa oktyabrın 25-də yerli vaxtla saat 9:00 da (Bakı vaxtilə 19:00) çıxacaqlar.

Uzun fasilələrə və leysan yağışa baxmayaraq, tamaşaçılar yerlərini tərk etməyiblər. Pilotlar isə bu müddətdə onları əyləndiriblər.

Xatırladaq ki, “Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarətdir. Qaliblər ilin sonunda toplanan bütün xalların əsasında müəyyənləşdirilir. Yarışların Bakı Qran-prisi 2016-cı il iyunun 19-da keçiriləcək.

Xəbər 547 dəfə oxundu.