F.Kannavaro “Al-Nəsr” klubunun baş məşqçisi olub
Fabio Kannavaro məşqçilik fəaliyyətini Səudiyyə Ərəbistanında davam etdirəcək.

İtaliya millisinin eks-kapitanı Səudiyyə Ərəbistanının çempionu olan “Əl-Nəsr” futbol komandasına baş məşqçi keçib. O, bu postda uruqvaylı Horhe Da Silvanı əvəzləyib. 42 yaşlı mütəxəssislə hələlik mövsümün sonunadək 8 aylıq müqavilə imzalanıb. Bunun ardından daha bir illik müqavilənin şərtləri haqda razılıq da əldə olunub.

Xatırladaq ki, “Napoli”, “Parma”, “İnter”, “Yuventus” və “Real” Madrid kimi məşhur klubların müdafiəçisi olmuş Kannavaro bundan əvvəl məşqçi bacarığına Birləşmiş Ərəb Əmirliyinin “Əl-Əhli” və Çinin “Quançjou” klublarında təcrübə qazanıb.

Xəbər 655 dəfə oxundu.