“Bavariya”dan maksimum nəticə: 10 oyundan 30 xal
Münhenin “Bavariya” klubu Bundesliqanın 10-cu turunda 10-cu qələbəsini qazanıb.
Pep Qvardiolanın komandası bu dəfə “Köln” klubunu böyük hesabla məğlub edib – 4:0. Beləliklə, 10 oyundan 30 xal toplayan Münhen klubu ən yaxın izləyicisi olan “Borrusiya” (Dortmund) komandasından 10 xal irəlidədir. Münhenlilər indiyədək rəqib qapılarına 33 qol vurub, öz qapısından yalnız 4 top buraxıblar.

UEFA Avropa Liqasında “Qəbələ” klubu ilə eyni qrupda yer alan “Borrusiya” sabah öz meydançasında çempionatın autsayderi “Ausburq” komandası ilə qarşılaşacaq. Dortmundlular qələbə qazanacaqları təqdirdə lider “Bavariya” ilə aradakı fərqi 7 xala qədər azalda bilərlər.

Xəbər 647 dəfə oxundu.