Voleybol üzrə Olimpiya çempionu vəfat edib | |
Voleybol üzrə Olimpiya çempionu adını qazanmış Lyubov Tyurina 73 yaşında vəfat edib. O, SSRİ-nin qadınlardan ibarət voleybol komandasının heyətində 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı olub. L.Tyurina SSRİ yığmasının heyətində 1967-ci ildə Avropa, 3 il sonra isə dünya çempionu adını qazanıb. Qadın voleybolçu çıxış etdiyi "Trudovıye Rezervı" və "Dinamo" klubları ilə 4 dəfə ölkə çempionu olub. |
|
Xəbər 806 dəfə oxundu. |
|
|