Futzalçılarımız Portuqaliya yığma komandası ilə bacarmadı
Dünən futzal üzrə Azərbaycan millisi Xorvatiya paytaxtı Zaqrebdə təşkil olunan Avropa çempionatında ilk oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, «D» qrupunda yer alan «ay-ulduzlular»ımız yarışın əsas favoritlərindən olan Portuqaliya komandası ilə üz-üzə gəlib.

Gərgin mübarizədə rəqib ilk hissədə 2 top vurub. Millimiz bu qollardan yalnız birinin əvəzini çıxıb. Heyətdən Rəcəb Fərəczadə dəqiq olub.

2-ci yarı istədiyimiz kimi başlamayıb. Pireneylilər yenidən fərqi 2-yə qaldırıblar. Son dəqiqələrdə 1 top da vuran Portuqaliya yığması qələbəni bayram edib - 4:1.

Xəbər 1147 dəfə oxundu.