ÇL-da sensasiya: “Atom” “Rabitə”ni adı ilə devirdi
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsi başlayıb. İdman.com.az saytının məlumatına görə, yarışın qalib adına iddialılardan sayılan “Rabitə” klubu səfərdə Polşa “Atom”u ilə qarşılaşıb. Mütəxəssislər hesab ediblər ki, rəqib qitədə ortabab komandalardan sayıldığından, onun son Azərbaycan çempionuna ciddi müqavimət göstərəcəyi inandırıcı deyil. Amma şərqi avropalılar bu mülahizəni alt-üst edərək, gecənin sensasiyasına imza atıblar.

1 fevral
1/8 final mərhələsinin ilk oyunu

23:30. “Atom” (Polşa) – “Rabitə” (Azərbaycan) - 3:1 (22:25, 25:22, 25:20, 26:24)
Hakimlər: Qoran Qradinski (Serbiya), Arturo di Qiakomo (Belçika)

Xəbər 1205 dəfə oxundu.