Azərbaycanın “Odlar Yurdu” şahmat komandası Norveçin “Valerenqa” klubuna qalib gəlib | |
Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublararası Avropa kuboku turniri davam edir. “SOCAR-Azerbaijan” komandası qələbə seriyasını davam etdirə bilməyib. Ardıcıl dörd qələbə qazanan təmsilçimiz Rusiyanın “Sibir” kollektivi ilə görüşdən 2,5:3,5 hesablı məğlubiyyətlə ayrılıb. Digər komandamız “Odlar Yurdu” isə turnirdə növbəti qələbəsini qazanıb. Komandamız Norveçin “Valerenqa” kollektivini 3,5:2,5 hesabı ilə üstələyib. Hesabında 8 xal olan “Novi Bar” (Çexiya) və “SOCAR-Azerbaijan” komandaları 2-3-cü pilləni bölüşürlər. Digər təmsilçimiz “Odlar Yurdu”nun aktivində 8 xal olsa da komandamız xüsusi göstəricilərə görə 9-cu pillədə qərarlaşıb. Əlli komandanın mübarizə apardığı turnirə oktyabrın 24-də yekun vurulacaq. |
|
Xəbər 627 dəfə oxundu. |
|
|