“Bu turnir təcrübə toplamaq baxımından çox əhəmiyyətlidir”
“Maraqlı görüş alındı. Topa daha çox nəzarət edərək, istədiyimiz oyunu göstərə bildik”. İdman.com.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

“Ağ-qaralar” Antalyada Əhməd Qədirovun xatirə turnirinin 3-cü turunda Özbəkistanın “Paxtakor” komandasını məğlub etdi. Amma 3:0 hesablı qələbəyə baxmayaraq, təmsilçimiz qrupda qaldı.
Təcrübəli mütəxəssismediya nümayəndələri ilə söhbətdə qeyd edib Ki, bu yarışın komandası üçün təcrübə toplaması baxımından əhəmiyyətli olduğunu söyləyib:

“Yaddan çıxarmaq olmaz ki, bu günkü rəqibimiz "Metallist"i məğlub etmişdi. Daha yaxşı olardı ki, qrupun son matçını elə Ukrayna təmsilçisi ilə oynayardıq. Belədə nəticə də fərqli ola bilərdi. Qarşılaşmanın gedişində gənc futbolçuları meydana buraxdım. Bu turnir onların təcrübə toplaması baxımından çox əhəmiyyətlidir”.

Xəbər 1070 dəfə oxundu.