“Azərreyl” “Volero”ya şans vermədi
Dünən qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriib. İdman.com.az saytı xəbər verir ki, qitənin ən nüfuzlu yarışında mübarizə aparan Bakının “Azərreyl” klubu Sürixdə “Volero”ilə qarşılaşıb. Mütəxəssislərin rəyinə görə, cütün aşkar favoriti “dəmiryolçular” olub. Ehtimallar özünü doğruldub və “Azərreyl” səfərdə inamlı qələbə qazanıb.

1 fevral
1/8 final mərhələsinin ilk oyunu

23:15. “Volero” (İsveçrə) – “Azərreyl” (Azərbaycan) – 1:3 (19:25, 25:22, 24:26, 16:25)
Hakimlər: Silvian Lungi (Rumıniya), Fabrise Kollados (Fransa)

Xəbər 993 dəfə oxundu.