Robert Prosineçki köməkçisini Monakoya göndərdi
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransa "Monako"sunun qonağı olacaq "Qarabağ"ın oyununa öz köməkçisini göndərib. Xorvatiyalı mütəxəssis bu qarşılaşmanı izləməyi Mahmud Qurbanova həvalə edib.

Qeyd edək ki, bu gün Monakodakı "Lui II" stadionunda keçiriləcək oyun saat 22:00-da start götürəcək.

Xəbər 626 dəfə oxundu.