Zərdabda şahmat üzrə rayon birinciliyi keçirilib
10-17 oktyabr tarixlərində Zərdab rayonunda 18 oktyabr “Dövlət müstəqilliyi günü” münasibətilə şahmat üzrə rayon birinciliyi keçirilib.

Şahmat dama klubunda 60 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi Dövlət müstəqillik gününü qeyd etmək və rayonda idmanın şahmat növünü inkişaf etdirmək olub.

Sonda 10 yaşdan yuxarı şahmatçı oğlanlar arasında Ruslan Eminov birinciyə, Rəvan Xəlilzadə ikinciyə, Abdulla Əliyev üçüncüyə; 10 yaşdan yuxarı şahmatçı qızlar arasında Cəmilə Cavadzadə birinciyə, Lalə Mirzəyeva ikinciyə, Ülviyyə Mürsəliyeva üçüncüyə; 10 yaşdan aşağı şahmatçılar arasında Fateh Muradlı birinciyə, Adil Musayev ikinciyə, Ceyhun İmanlı üçüncü yerə layiq görülüblər.

Xəbər 792 dəfə oxundu.