Astara idmançılarının növbəti qələbəsi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq 27-28 sentyabr tarixlərində Ukraynanın Odessa şəhərində VKC karate üzrə dünya kuboku yarışı keçirilib. Bu yarışda yığma komandamız VKC Karate Federasiyasının prezidenti, qara kəmər sahibi və yığma komandamızın məşqçisi Nurəddin Quliyevin rəhbərliyi ilə iştirak edib. Yığma komandanın tərkibində Şüvi kənd sakini Dadaşov Qılman (57+ kq, 2000-ci il) dərəcəsində karate do üzrə yarışlara qatılıb. İlk dəfə belə mötəbər yarışda iştirak edən həmyerlimiz yarımfinal mərhələsində rəqibinə məğlub olaraq üçüncü yerə layiq görülüb.

Sonda qaliblər Karate Federasiyasının medal, diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.

Xəbər 791 dəfə oxundu.