“Qarabağ” klubunun futbolçuları Fransada
UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Monako” komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun futbolçuları artıq Fransadadırlar.

Beş saatlıq uçuşdan sonra Monakoya çatan futbolçularımız oradan Nitsaya yollanıblar.

Oktyabrın 22-də “Qarabağ” oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq.

“Monako” – “Qarabağ” matçı oktyabrın 22-də saat 22:00-da “Lui II” stadionunda start götürəcək. Matçın baş hakimi Yakob Kelet olacaq. Ona Henrik Larsen və Heyne Sorensen yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Lars Hummelqaard yerinə yetirəcək.

AZƏRTAC

Xəbər 642 dəfə oxundu.