Zərdabda tennis idman üzrə rayon birinciliyi keçirilib
17-18 oktyabr tarixlərində Zərdab rayonunda 18 oktyabr “Dövlət müstəqilliyi günü” münasibətilə tennis üzrə rayon birinciliyi keçirilib.

Zərdab şəhəri şahmat dama məktəbində 60 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi “Dövlət müstəqilliyi günü”nü qeyd etmək və rayonda idmanın tennis növünü inkişaf etdirmək olub.

Sonda birinci yerə Molla Xəlilov, ikinciyə Qasım Qocayev, üçüncüyə Cavanşir Qasımzadə layiq görülüb.

Xəbər 826 dəfə oxundu.