Bakının “Azəryol” klubu heyətini kanadalı voleybolçu ilə gücləndirib
Bakının qadınlardan ibarət “Azəryol” klubu kanadalı voleybolçunu transfer edib.

Bakı təmsilçisinin yeni transferi Kayla Riçey daha əvvəl Almaniya, İtaliya və Türkiyə klublarının şərəfini qoruyub.

Hücumçu ilk oyununu oktyabrın 28-də Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında mübarizə aparacaq “Azəryol”un heyətində keçirəcək. Həmin gün klubumuz səfərdə Rumıniyanın “Tarqovitse” komandasının qonağı olacaq.

AZƏRTAC

Xəbər 660 dəfə oxundu.