“Neftçi”nin yarımmüdafiəçisi: AZAL komandası ilə səfər oyunları asan keçmir
AZAL komandası ilə səfər oyunları asan keçmir. Əlimizdən gələni edəcəyik ki, bu görüş oyunumuzda dönüş olsun.

Bu sözləri “Neftçi” futbol klubunun yarımmüdafiəçisi Elşən Abdullayev Topaz Premyer Liqasının doqquzuncu turu çərçivəsində AZAL ilə keçiriləcək görüş barədə fikirlərini söyləyərkən deyib.

AZAL ilə sonuncu oyunda qol vurduğunu xatırladan yarımmüdafiəçi deyib: “Təbii ki, yenə fərqlənmək istəyirəm. Amma kimin qol vuracağının fərqi yoxdur. Əsas odur qələbə qazanaq”.

Qeyd edək ki, AZAL - “Neftçi” qarşılaşması oktyabrın 23-də “AZAL Arena”da keçiriləcək.

Xəbər 778 dəfə oxundu.